ABŞ və Çin liderləri 3 saatdan çox müzakirə apardılar

 09:23 16.11.2021     356

​Çin Xalq Respublikasının sədri Si Cinpin və ABŞ prezidenti Cozef Bayden arasında onlayn formatda görüş keçirilib.

Redaktor.az xəbər verir ki, görüş iki hissədən ibarət olub.

Görüşün ilk hissəsi Bakı vaxtı ilə saat 08:46-da başlayıb və 1 saat 56 dəqiqə davam edib.

15 dəqiqəlik aradan sonra lidelərin görüşü davam edib. Görüşün ikinci yarısı saat 07:06-da başlayıb və təxminən 1 saat 18 dəqiqə davam edib.

Ümumilikdə iki ölkənin liderlərinin görüşü təxminən 3 saat 14 dəqiqə çəkib.