Köçəryan Paşinyanı istefaya çağırdı

 23:13 16.11.2021     384

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” müxalifət bloku ölkədəki vəziyyətlə bağlı bəyanatla çıxış edib.

Redaktor.az xəbər verir ki, bu barədə “Novosti Armeniya” agentliyi məlumat yayıb.

Ermənistan müxalifəti yaranmış vəziyyətdə Baş nazir Nikol Paşinyan hökumətini ittiham edərək, Ermənistanda xaosun hökm sürdüyünü bildirib.

Qeyd olunub ki, müxalifət vəziyyətin tam həllini hakimiyyətin istefasında görür. Nikol Paşinyanın istefasından sonra bacarıqlı qüvvələrin birləşməsi, yeni hökumətin formalaşdırılması, Ermənistanın xarici və daxili problemlərinin həlli üçün siyasətin təmin edilməsinin zəruriliyini vurğulayıblar.