Ermənistanda zəlzələ oldu

 23:58 16.11.2021     1079

Noyabrın 16-da axşam saatlarında Ermənistanda zəlzələ baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, noyabrın 16-da yerli vaxtla saat 22:43-də ərazi seysmik mühafizə xidməti Ermənistan-Gürcüstan sərhədi yaxınlığındakı Taşir şəhərindən 10 kilometr şimal-şərqdə 2,7 bal gücündə zəlzələ qeydə alıb.

Zəlzələ Lorisi rayonunun Metsavan, Paxaxbyur və Sarçapet kəndlərində hiss olunub. Zərbələrin gücü 3 bal olub. Eyni zamanda, Noyemeberyan şəhərində, eləcə də Tavuş rayonunun Koqb və Axtanak kəndlərində zəlzələnin gücü 2-3 bal arasında olub.

T.İSMAYIL