Jidko Rusiya müdafiə nazirinin müavini təyin olundu

 08:58 17.11.2021     505

Rusiya Müdafiə Nazirliyinin Şərq Hərbi Dairəsinin komandanı general-polkovnik Gennadi Jidko müdafiə nazirinin müavini, Baş Hərbi-Siyasi İdarənin rəisi vəzifəsinə təyin edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu noyabrın 16-da videokonfrans zamanı çıxışında bildirib.

O, Jidkonun məruzəsini qəbul etdikdən sonra onu təbrik edib:

“Gennadi Valerieviç, burada çox işiniz var. Təbrik edirəm, Moskvaya qayıt. İşinizə müdafiə nazirinin müavini - Baş Hərbi-Siyasi İdarənin rəisi kimi başlayın”.