Paşinyan Arayik Arutyunyanı özünə müavin təyin edəcək

 10:31 17.11.2021     418

"Ermənistan baş nazirinin aparatının hazırkı rəhbəri Arayik Arutyunyan baş nazirin müavini ola bilər".

Redaktor.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti “Mülki müqavilə”dəki mənbələrə istinadən yazır.

Qəzetin yazdığına görə, vaxtilə təhsil, elm, mədəniyyət və idman naziri postunu tutan Arutyunyan indi bundan əvvəl müdafiə naziri təyin edilmiş Suren Papikyanı əvəz edə bilər. Qəzet yazır ki, qısa axtarış və müzakirədən sonra Nikol Paşinyanın seçimi Arutyunyanın üzərinə düşüb.

Xatırladaq ki, Suren Papikyan noyabrın 15-də Arşak Karapetyanı əvəzləyərək Müdafiə Nazirliyinin rəhbəri olub.

T.İSMAYIL

2