İstanbulda daha bir zəlzələ

 23:54 17.11.2021     142

Türkiyənin İstanbul şəhərinin Düzcə rayonunda baş verən 5.3 bal gücündə birinci zəlzələ zamanı insan tələfatı olmayıb.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Faxrettin Koca özünün tviterdəki səhifəsində bildirib. Nazir qeyd edib ki, hadisə ilə əlaqədar təşviş keçirən 14 xəstəyə və xəsarət alan daha 5 nəfərə tibbi xidmət göstərilib. Hazırda bölgədə ümumilikdə 38 nəfərdən ibarət tibbi işçisi cəlb edilib.

Qeyd edək ki, Düzcə rayonunda 3,9 bal gücündə ikinci zəlzələ baş verib.

Bu barədə isə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyinin (AFAD) məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 21:35-də qeydə alınıb. Zəlzələ ocağı 11,21 km dərinlikdə yerləşib. "Anadolu" agentliyi bildirib ki, zəlzələ zamanı təşviş keçirən sakinlər küçələrə çıxıblar.