Putin NATO-nu hədələdi

 18:44 18.11.2021     156

NATO Rusiya ilə dialoq mexanizmlərini məhv edib, alyansla münasibətlər depressiv xarakter daşıyır.

Redaktor.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin (XİN) kollegiya iclasında bildirib.

“Avropa İttifaqı ilə müqayisədə daha depressiv olmasa da, oxşar vəziyyət qəti şəkildə qarşıdurma nümayiş etdirən, öz hərbi infrastrukturunu israrla və nümayişkaranə şəkildə sərhədlərimizə yaxınlaşdıran Şimali Atlantika Alyansı ilə də inkişaf edir”, - v. Putin vurğulayıb.

Rusiya lideri NATO-nun bütün dialoq mexanizmlərini fəal şəkildə məhv etdiyini qeyd edib: “Təbii ki, biz NATO üzvlərinin Rusiya sərhədlərinin perimetri boyunca hərbi fəaliyyətinə reaksiya verəcəyik”.

O, NATO ilə əməkdaşlıq barədə də danışıb: “Əgər onlar bizimlə əməkdaşlıq etmək istəmirlərsə, buna ehtiyac da yoxdur, amma artıq əməkdaşlıq siqnalları var, sanki bu, diplomatiya deyil, idmandır”.