Türkiyə lirəsi çökür

 21:11 18.11.2021     353

Türkiyə lirəsi bu gün kəskin ucuzlaşaraq yeni rekorda imza atıb.

Redaktor.az xəbər verir ki, Türkiyə pul vahidinin dollara qarşı məzənnəsi gün ərzində 4,5 faizədək azalaraq 11,1 TL/USD təşkil edir.

Günorta saatlarında Mərkəzi Bank həftəlik repo (qiymətli kağızları girovu ilə qısamüddətli borclanma) hərraclarında faiz dərəcəsinin 16-dan 15-dək azaltdıqlarını bəyan edəndən sonra lirənin ucuzlaşması daha da sürətlənib.