Saakaşvili reanimasiyaya yerləşdirildi

 21:18 18.11.2021     636

Gürcüstan Penitensiar Xidməti huşunu itirərək yıxılan eks-prezident Mixail Saakaşvilinin səhhəti ilə bağlı məlumat yayıb.

Redaktor.az yerli KİV-ə istinadla xəbər verir ki, məlumata görə, Saakaşvilinin vəziyyəti stabildir və vəkili Nika Qvaramiya onun yanındadır. 

Qvaramiya isə jurnalistlərə açıqlamasında bildirib ki, Saakaşvili reanimasiyaya yerləşdirilib. Reanimatoloqun sözlərinə görə, eks-prezidentin təzyiqi 180-ə qalxıb. 

Həkimlər qrupu Saakaşvilinin vəziyyəti pisləşdikdən sonra səhiyyə naziri Yekaterina Tkaradze ilə görüşə yollanıb.

Vumart və Güvən reklamı Vumart Güvən