İsrail prezidentinin ardınca baş nazir də Ərdoğana ZƏNG ETDİ

 22:00 18.11.2021     147

İsrailin Baş naziri Naftali Bennet Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Jerusalem" Post məlumat yayıb.

Məlumata görə, bu, İsrail hökumətinin başçısı ilə Türkiyə lideri arasında 2013-cü ildən bugünədək ilk telefon danışığıdır.

Qeyd olunur ki, Bennet ötən həftə Türkiyə Prezidentinin iqamətgahını çəkdiyinə görə İstanbulda həbs edilən israillilər Natali və Mordi Okninin azad edilməsində göstərdiyi səylərə görə Ərdoğana təşəkkür edib.

Baş nazir, həmçinin Türkiyə və İsrail tərəfləri arasında humanitar məsələlərdə əməkdaşlıq səviyyəsini müsbət qiymətləndirib və əlavə edib ki, bu əməkdaşlıq öz səmərəliliyi ilə seçilir.

Qeyd edək ki, İsrail Prezidenti İshak Hersok da bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək müzakirələr aparıb.