Saakaşvilinin vəziyyəti PİSLƏŞDİ

“Saakaşvilinin vəziyyəti kritikdir və onu multiprofilli klinikaya köçürmək lazımdır”.
Redaktor.az yerli KİV-ə istinadla xəbər verir ki, bunu “Empati Mərkəzi” QHT tərəfindən yığılmış həkimlərin alternativ konsiliumunun rəhbəri Məryəm Cişkariani deyib.
“Həbsxana xəstəxanasının davamlı səhiyyə təminatı yoxdur, ərazidə ixtisaslaşmış həkim yoxdur, olan həkim də ağır vəziyyətdəki xəstəni idarə etmək bacarığına malik deyil”, - deyə Cişkariani bildirib.
Qeyd edək ki, 49 gündür aclıq aksiyası keçirən Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin vəziyyəti pisləşdiyindən o, reanimasiyaya yerləşdirilib. Eks-prezidentin səhhəti pisləşdikdən sonra tərəfdarları həbsxana yaxınlığına toplaşıb, mühafizə xidməti gücləndirilib.