Bayden yenidən səlahiyyətlərinin icrasına başladı - YENİLƏNİB

ABŞ Prezidenti Co Bayden yenidən dövlət başçısının səlahiyyətlərinin icrasına başlayıb.
Bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki məlumat verib. “Bayden Kamala Harrislə danışıb. Prezident yaxşı əhval-ruhiyyədə olub və səlahiyyətlərinin icrasına başlayıb”, - deyə o bildirib.
***
ABŞ Prezidenti Co Baydenin səlahiyyətləri müvəqqəti olaraq vitse-prezident Kamala Harrisə keçəcək.
Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki yaydığı bəyanatda bildirib. Buna səbəb Baydenin səhhəti ilə bağlı xəstəxanaya yerləşdirilməsidir. Psakinin sözlərinə görə, Bayden Uolter Rid tibb mərkəzində kolonoskopiyadan keçəcək.
O, anesteziyanın təsiri altında olduğu müddətdə Harris ABŞ prezidenti səlahiyyətlərini icra edəcək. O, həmçinin qeyd edib ki, tibbi müayinədən sonra Amerika liderinin səhhəti ilə bağlı hesabat dərc olunacaq.