"Rusiya DTK-sı Köçəryan adlı heyvanın vasitəsilə erməni dövlətçiliyini öldürdü"

 23:14 19.11.2021     92

“Robert Köçəryan – “Troya atı” və ya başqa heyvandır ki, onun vasitəsilə Rusiya DTK-sı erməni qalasına daxil olub və erməni dövlətçiliyini öldürüb”.

Redaktor.az xəbər verir ki, bunu Ermənistan Avropa Partiyasının rəhbəri, Ermənistan Milli Demokratik Qütb Şurasının üzvü Tiqran Xzmalyan özünün feysbuk səhifəsində yazıb. 

“Bu “Troya atı”nın və ya digər heyvanın adı soyadı var və onun vasitəsilə Rusiya DTK-sı erməni qalasına girərək erməni dövlətçiliyini öldürdü. Onun adı Robert Köçəryandır. Təbii ki, onun üzünə qapı açan və işini davam etdirən tərəfdaşları var idi, lakin Ermənistan Respublikasının ikinci prezidenti tarix üçün xain, qatil və oğru timsalında birləşərək analoqsuz qalacaq”, - deyə siyasətçi bildirib.