Gürcüstanda koronavirusla bağlı vəziyyət pisləşir

 10:51 20.11.2021     106

Gürcüstanda ötən sutkada daha 4 318 nəfərin koronavirusa yoluxduğu müəyyən olunub, 70 xəstə vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Gürcüstanda indiyə qədər COVID-19-a 808 889 yoluxma halı təsdiqlənib. Yoluxanların 11 422-si ölüb.

Son 24 saat ərzində müalicə olunaraq sağalanların sayı 2 457 nəfər artaraq 743 927-yə yüksəlib.