Rusiyanın məşhur aktyoru koronavirusdan öldü

Məşhur rus aktyoru Valeri Qarkalin dünyasını dəyişib.
Redaktor.az xəbər verir ki, sənətçi oktyabrın əvvəlindən xəstəxanada müalicə alırmış.
Bildirilib ki, vəziyyəti sürətlə pisləşən aktyor noyabrın 7-də süni tənəffüs aparatına qoşulubmuş. Ancaq həkimlərin səylərinə baxmayaraq, sənətçi 67 yaşında xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, Valeri Qarkalin 11 aprel 1954-cü ildə Moskvada anadan olub. Qarkalin “Şirli-Mırli”, “Mənim gözəl dayəm” və digər filmlərdəki rolları ilə tanınır.