Polşa Senatının spikerinə sui-qəsd cəhdi olub

 20:59 20.11.2021     119

Polşa parlamentinin yuxarı palatasının (Senat) spikeri Tomaş Qrodzkiyə hədə-qorxu məktubu və partlayıcı maddələr olan bağlama gəlib.

Redaktor.az xəbər verir ki, bu barədə spiker özünün tviter səhifəsində məlumat yayıb.

Qrodzki bildirib ki, bağlamada olan partlayıcı maddələr müvafiq orqanlar tərəfindən zərərsizləşdirilib.

Hazırda bağlamanın kim tərəfindən göndərildiyi araşdırılır (report).