35 min insan məhdudiyyətlərə etiraz üçün küçələrə çıxdı

 22:46 20.11.2021     203

Avstriyanın paytaxtı Vyanada koronavirus (COVID-19) məhdudiyyətlərinə qarşı keçirilən aksiyada 35 min insan iştirak edib.

Redaktor.az “Ria Novosti”yə istinadla xəbər verir ki, bu barədə şəhər polisinin sözçüsü məlumat verib.

Avstriya kansleri Aleksandr Şallenberqin daha bir karantin qərarından əvvəl məhdudlaşdırıcı tədbirlərin əleyhdarları yenidən Vyana küçələrinə çıxıblar.

Bildirilir ki, nümayişdə bir neçə nəfər həbs edilib. Bir neçə etirazçı təhlükəsizlik polisinə pivə qutuları atıb.

Qeyd edək ki, Avstriyada 2022-ci il fevralın 1-dən məcburi peyvənd tətbiq olunacaq.