Erməni hərbçi özünü güllələdi

 23:06 20.11.2021     444

Ermənistanda 29 yaşlı müqaviləli hərbi qulluqçu özünü güllələyib.

Redaktor.az news.am-a istinadla xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, hadisə Qeqarkunik rayonundakı hərbi hissədə qeydə alınıb. Belə ki, müqaviləli hərbi qulluqçu 1992-ci il təvəllüdlü Qevork Avetyan odlu silahla ehtiyatsız davranma zamanı ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilsə də, həkimlərin hərbçinin həyatını xilas edə bilməyiblər.