Hindistanda daşqınlar onlarla insanın həyatına son qoyub

 17:54 21.11.2021     418

Hindistanın cənub-şərqindəki Andxra-Pradeş ştatında yağan leysan yağışlar daşqınlara səbəb olub.

Redaktor.az  “RİA Novosti”-yə istinadən xəbər verir ki,yerli mətbuatın ştat rəhbərliyinə istinadən yaydığı məlumatlara görə, təbii fəlakət nəticəsində azı 29 nəfər ölüb, 100-dən çox şəxs isə itkin düşüb.

Hazırda 1300-dən çox kəndin sular altında qaldığı bildirilib.