Ermənilər Qafana torpaq yol çəkdilər

 22:17 21.11.2021     528

"Ermənistanda uzunluğu 43 kilometr olan Tatev-Ağvani yolu artıq hazırdır".

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, indi Sünikin digər yaşayış məntəqələrini birləşdirən alternativ torpaq yollar qaydaya salınır.

"Alternativ yolun çəkilişi ilə Çakətən Gəxanuş kəndi vasitəsilə Qafanla birləşdiriləcək.

Böyük yamacları 7-8 kilometr olan meşə yolundan indi dolanmaq çətin olsa da, ola bilsin ki, ilin sonuna qədər abadlaşdırılsın. İndi 7-8 kilometrlik dolama meşə yolu ilə maşın sürmək çətin olsa da, mümkündür. İlin sonuna qədər yol təkmilləşdirilməlidir", - deyə hökumətdən bildirilib.

Qeyd edək ki, Azərbaycan ərazisindən keçən Qafan-Gorus yolunda ölkəmizin sərhəd və gömrük postları qoyulduğundan, Ermənistan öz ərazisindən alternativ yollar çəkməyə başlayıb.

T.İSMAYIL