İrəvanda etiraz aksiyaları keçirilir

Ermənistanın paytaxtı İrəvan şəhərinin müxtəlif hissələrində etiraz aksiyaları keçirilir.
Redaktor.az “Sputnik Armeniya”ya istinadla xəbər verir ki, şəhərin bəzi küçələrində yollarda hərəkət demək olar ki, dayandırılıb.
Aksiya iştirakçıları Ermənistan sərhədində baş verən ən son hadisələrə və bununla bağlı məsələlərə öz etirazlarını bildirirlər. Bu aksiyalar siyasi partiyalar, ictimai təşkilatlar və müxtəlif şəxslər tərəfindən təşkil olunub.