Paşinyan mətbuat konfransı keçirəcək

 13:45 22.11.2021     289

Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 23-ü saat 20:00-da feysbuk səhifəsindən canlı mətbuat konfransı keçirəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Nikol Paşinyan feysbuk səhifəsində yazıb.

O, mətbuat konfransında KİV və QHT təmsilçilərinin suallarına cavab verəcəyini bildirib.

N.Paşinyan deyib ki, mətbuat konfransı 1,5- 2 saat davam edəcək.