Ukraynada silahlı dəstənin başçısı olan erməni saxlanıldı - VİDEO

 21:59 22.11.2021     288

Ukrayna polisi restoranda silahlı atışmada iştirak edən cinayətkar dəstənin başçısı olan ermənini saxlayıb.

Redaktor.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, hadisə Dnepropetrovsk vilayətində baş verib.

Bildirilir ki, cinayətkar qrupun doqquz üzvü restoranda mübahisə edib. Bundan sonra atışma başlayıb.

Polislər 20-35 yaş arası doqquz kişinin hamısını saxlayıb və dərhal axtarış aparıblar. Onların üzərindən yeddi tapança aşkar edilib.

Dəstənin bir üzvü polis tərəfindən vurulub.

Araşdırma zamanı məlum olub ki, dəstənin təşkilatçısı Ukraynada qanunsuz yaşayan 35 yaşlı ermənidir.

Onlara mütəşəkkil dəstə tərəfindən cinayət törətmək, quldurluq, oğurluq, qəsb, xuliqanlıq və digər maddələrlə cinayət işi açılıb.

Faktla bağlı araşdırma aparılır. Saxlanılanların günahı sübuta yetirilərsə, onlar 15 ilə qədər həbs oluna bilərlər.