Türkiyə hərbçiləri Suriyada PKK-çıları məhv etdi

 22:11 23.11.2021     309

Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında PKK/YPG-nin 4 terrorçusunu zərərsizləşdirib.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, “Fərat Qalxanı” əməliyyatı zonasında 3, “Zeytun budağı” əməliyyatı zonasında 1 silahlı məhv edilib.

Terrorçular türk hərbçilərinin nəzarətində olan ərazilərə döyüş əməliyyatları və hücumlar planlaşdırırıblar.