Rusiya və ABŞ Baş Qərargah rəisləri müzakirələr apardı

Rusiya və ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri Valeri Gerasimov və Mark Milli telefon danışığı aparıb.
Redaktor.az-ın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Hərbi liderlərin beynəlxalq təhlükəsizliyin aktual məsələlərini, o cümlədən hərbi insidentlərin risklərinin azaldılması müzakirə etdiyi bildirilir.
Danışıqlar Rusiya-Amerika təmaslarının ən yüksək səviyyədə hazırlanmasına dair hesabatlar fonunda baş tutub.
Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti noyabrın 17-də bildirib ki, tərəflər ən yüksək səviyyədə təmaslar hazırlayır.