Keçmiş daxili işlər naziri vəfat etdi

 14:21 24.11.2021     252

Türkiyənin keçmiş daxili işlər naziri Hasan Fehmi Güneş vəfat edib.

Redaktor.az yerli mətbuata istinadla xəbər verir ki, o, 87 yaşında müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Hasan Fehmi Güneş 1934-cü ildə Türkiyənin Adapazarı bölgəsində anadan olub. O, 1975-1980-ci illərdə Türkiyənin daxili işlər naziri olub. Cümhurriyyət Xalq Partiyasından dəfələrlə millət vəkili seçilib.