İrəvandan İstanbula birbaşa uçuşlar həyata keçiriləcək - Qiyməti 39 avrodan başlayacaq

Ermənistanın “Flyone Armenia” aviaşirkəti Türkiyənin İstanbul şəhərinə birbaşa uçuşlar həyata keçirəcək.
Redaktor.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, şirkət dekabrın 15-dən etibarən İstanbul da daxil olmaqla 7 istiqamət üzrə birbaşa uçuşlar təşkil edəcək.
Digər şəhərlər Moskva, Tehran, Lyon, Tel-Əviv, Krasnodar, Tbilisi və Kutaisidir.
Şirkətin yaydığı məlumata əsasən, bütün uçuşlar İrəvanda yerləşən “Zvartnoç” beynəlxalq hava limanından həyata keçiriləcək. Aviaşirkət ilk reysi Moskva şəhərinə edəcək.
Biletlərin qiyməti 6 istiqamət üzrə 39 avrodan,Liona isə 44 avrodan başlayacaq.