Rusiya Baş nazirinin müavini indi də İrəvana getdi

 17:51 24.11.2021     255

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Ermənistanın paytaxtı İrəvana gedib.

Redaktor.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, o, Baş nazir Nikol Paşinyanla görüşəcək.

Görüşdə əsasən kommunikasiya xətlərinin açılması məsələsi müzakirə ediləcək.

Xatırladaq ki, A.Overçuk noyabrın 24-də Azərbaycanda səfərdə olub və Prezident İlham Əliyev tərəfindən də qəbul edilib.

Vumart və Güvən reklamı Vumart Güvən