Almaniyada koalisyon hökumət qurulur

 22:07 24.11.2021     204

Almaniyada Sosial Demokrat Partiyası (SDP), Yaşıllar və Azad Demokrat Partiyası (ADP) hakim koalisiya yaradıb.

Redaktor.az xəbər verir ki, bu barədə federal kanslerliyə namizəd Olaf Şolz “Handelsblatt” qəzetinin YouTube kanalında bildirib.

Şolz əlavə edib ki, hər üç partiyanın yaxın on gün ərzində koalisiya sazişini təsdiqləməsi üçün səy göstəriləcək.