Moskvada 20-dən çox aviareys təxirə salındı

Moskvaya qar yağıb.
Redaktor.az “RİA Novosti”yə istinadıa xəbər verir ki, əlverişsiz hava şəraiti səbəbindən şəhərin “Vnukovo”, “Domodedovo” və “Şeremetyevo” hava limanlarında 20-dən çox uçuş təxirə salınıb.
Qeyd edək ki, hazırda Rusiya paytaxtına yağan qarın hündürlüyü 1 sm təşkil edir. Sinoptiklər qar təbəqəsinin 3 sm-dək arta biləcəyini proqnozlaşdırır.