Peskov Putinin səhhətindən danışdı

 23:58 24.11.2021     101

“Rusiya Prezidenti Vladimir Putin öz üzərində sınaqdan keçirdiyi koronavirusa qarşı burun peyvəndi maye şəklində olub”.

Redaktor.az
xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskovun sözlərinə görə, Putin “Sputnik Light” peyvəndi ilə revaksinasiyadan bir gün sonra burun peyvəndindən istifadə edib: "Heç bir əlavə təsiri olmayıb. Prosedurdan sonra dövlət başçısının temperaturu da olmayıb”.

Qeyd edək ki, bundan əvvəl Putin hökumət üzvləri ilə görüşü zamanı koronavirusa qarşı burun peyvəndini toz şəklində sınaqdan keçirdiyini bildirmişdi.