Rusiyada mədəndə yanğın - Ölən və yaralananlar var

 10:39 25.11.2021     312

Rusiyanın Kemerovo vilayətində “Listvyajnaya” mədənində yanğın olub. Mədəndə baş verən tüstülənmə nəticəsində azı bir nəfər öldüyü, yaralıların sayının 43-ə çatdığı bildirilib.

Redaktor.az xəbər verir ki, bu barədə Kemerovo vilayətinin qubernatoru Sergey Tsivilev rəsmi teleqram kanalında məlumat verib. Onun sözlərinə görə, yaralılar xəstəxanaya çatdırılıb. Onlardan 2 nəfərin vəziyyəti ağır, 41 nəfərin vəziyyəti isə yüngül və orta ağır qiymətləndirilib. Ümumilikdə orada 287 nəfərin olduğu deyilib.

İlkin məlumata görə, tüstülənməyə səbəb kömür tozunun alışması olub.

Vumart və Güvən reklamı Vumart Güvən