Bu ölkədə koronavirusa görə fövqəladə vəziyyət tətbiq ediləcək

 21:47 25.11.2021     758

Çexiya hökuməti koronavirusla əlaqədar noyabrın 26-dan ölkədə fövqəladə vəziyyət tətbiq edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə “Mlada fronta DNES” qəzeti məlumat yayıb.

Fövqəladə vəziyyət 30 gün müddətinə tətbiq edilir.

Qəzetin yazdığına görə, bununla bağlı yaxın vaxtlarda mətbuat konfransı keçiriləcək. Çexiyanın Baş naziri Andrey Babiş yeni sanitar və epidemiya təhlükəsizlik tədbirləri barəsində ətraflı məlumat verəcək.