Britaniyada "narıncı" fırtına xəbərdarlığı edildi

 00:17 26.11.2021     92

Böyük Britaniyada sabah "Arven" qasırğası başlayacaq, küləyin maksimal sürəti 120 km/s-a çatır.

Redaktor.az-ın məlumatına görə, bu barədə "Sky News" telekanalı xəbər verib.

"Ən çox zərər görəcək bölgələr əsasən sahildə olacaq, onlar 120 km/saata çatan küləklərlə üzləşəcək, bu da nəqliyyatın hərəkətində fasilələrə və səyahət vaxtının uzanmasına, elektrik enerjisinin kəsilməsinə, güclü dalğalara səbəb olacaq", - deyə Böyük Britaniyanın Meteorologiya Bürosunun nümayəndəsi Stiven Dikson bildirib.

Meteorologiya Bürosu ikinci ən təhlükəli - "narıncı" fırtına xəbərdarlığı verib. Xəbərdarlıq İngiltərənin şimal-şərqində və Şotlandiyada səhər noyabrın 27-dəkqədər qüvvədə olacaq.