Bu şəhərlərdə açıq havada maska taxmaq məcburi oldu

 09:00 26.11.2021     356

İtaliyanın bəzi şəhərlərində açıq havada tibbi maskadan istifadə məcburi olub.

Redaktor.az xarici KİV-ə istinadla xəbər verir ki, buna COVID-19 infeksiyasına gündəlik yoluxma hallarının artması səbəb göstərilir.

Bu səbəbdən İtaliyanın ikinci böyük şəhəri Milanda, eləcə də Berqamoda 27 noyabr - 31 dekabr tarixlərində açıq havada tibbi maskadan istifadə məcburi olacaq. Bolonya şəhərində isə noyabrın 26-dan gələn il yanvarın 9-dək açıq havada maska taxmaq məcburiyyəti qoyulub.