İsraildə koronavirusun yeni növünə yoluxma aşkarlandı

 13:23 26.11.2021     129

İsraildə koronavirusun yeni B.1.1.529 ştamına yoluxma faktı aşkar olunub.

Redaktor.az İsrailin Səhiyyə Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni ştam Malavidən ölkəyə qayıdan İsrail vətəndaşında qeydə alınıb.

Bundan əlavə, xarici ölkədən İsrailə qayıdan daha iki nəfərin sözügedən ştam ilə yoluxduğu ehtimal edilir. Həmin şəxslər hazırda təcrid olunub və testin nəticələrini gözləyir.

Qeyd edək ki, İsrail yeddi Afrika ölkəsini yeni ştamın peyda olması ilə əlaqədar olaraq “qırmızı siyahı”ya salıb.