"Taliban"dan qaçan “Əfqan qızı” bu ölkəyə sığındı

“National Geographic” jurnalının üz qabığının fotosuna çəkilərək dünyaca məşhurlaşan “Əfqan qızı” Şərbət Qula İtaliyaya sığınıb.
Redaktor.az xəbər verir ki, İtaliya hökuməti Talibanın Əfqanıstanda nəzarəti ələ keçirməsindən 3 ay sonra ölkəsini tərk etmək istəyən Qulaya təxliyyə prosesində kömək etdiklərini açıqlayıb.
İtaliya hökumətinin Nazirlər Şurasının bəyanatında aşağıdakı ifadələr yer alıb:
“Əfqanıstan vətəndaşı Şərbət Qula Romaya gəlib".
Qeyd edək ki, məşhur foto 1985-ci ildə fotoqraf Stiv Makkarri tərəfindən çəkilib. Həmin vaxt Qulanın 12 yaşı olub.

