Zelenski Ukraynada dövlət çevrilişinin planlaşdırıldığını açıqladı

 14:45 26.11.2021     311

Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 1-nə dövlət çevrilişi həyata keçiriləcəyi ilə bağlı məlumat aldığını bildirib.

Redaktor.az UNİAN-a istinadən xəbər verir ki, o, bu barədə noyabrın 26-da keçirdiyi mətbuat konfransında açıqlayıb.

V.Zelenski deyib ki, milyarder iş adamı Rinat Axmetov Ukraynada da dövlət çevrilişinin planlaşdırılmasında iştirak edir: “Bunun üçün milyardlarla dollar ayrılıb”.

Dövlət başçısı vurğulayıb ki, dövlət çevrilişinə və bunda iş adamının iştirakına inanmır.

Vumart və Güvən reklamı Vumart Güvən