Fransa Afrika ölkələrinə səyahət qadağasını uzatdı

Fransa koronavirusun "omikron" ştamının yayılması fonunda Afrikanın cənubundakı yeddi ölkə ilə nəqliyyat əlaqələrinə qoyulan qadağanı dekabrın 1-dək uzadıb.
Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, qadağa Cənubi Afrika, Namibiya, Zimbabve, Botsvana, Lesoto, Esvatini və Mozambikə aiddir.
Bundan əvvəl bu ölkələrdən Fransaya gediş-gəliş qadağasının noyabrın 29-dək davam edəcəyi deyilirdi.
Ümumdünya Səhiyyə Təşkilatı noyabrın 26-da yeni ştamla bağlı keçirdiyi fövqəladə iclasdan sonra Avropa İttifaqı ölkələri Cənubi Afrika regionunun yeddi ölkəsinin qitəyə girişinə məhdudiyyətlər qoymağa razılaşıblar.