Rusiyada daha 13 şaxtaçının cəsədi aşkarlandı

 11:21 07.12.2021     2589

Rusiyanın Kuzbas bölgəsində yerləşən “Listvyajnaya” şaxtasında 13 şaxtaçı və xilasedicinin cəsədi aşkarlanıb. Onların hamısı xəstəxanaya yerləşdiriliblər.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Xidmətinin nümayəndəsi mətbuata məlumat verib.

“Hazırda meyitlərin şaxtadan çıxarılması işləri görülür. Qalan iki meyitin axtarışı həyata keçirilir”, - mənbə məlumat verib.

Xatırladaq ki, noyabrın 25-də Kuzbasın Belovskiy rayonunda yerləşən "Listvyajnaya" mədənində qəza baş verib. Hadisə ilə bağlı sənaye təhlükəsizliyinin pozulması və səhlənkarlıqla bağlı 2 cinayət işi açılıb. Artıq 5 nəfər həbs olunub. Bunlar şaxtanın direktoru, onun müavini, hadisənin baş verdiyi sahənin rəisi və “Rostexnadzor”un müəssisədə yoxlama aparmış 2 əməkdaşıdır.