Özbəkistan öz vətəndaşlarını Rusiyadan çıxarmağa BAŞLADI

Özbəkistanın Dövlət Dəmiryolu Şirkəti “Uzbekistan Temir Yullari” Rusiyadan özbəkləri daşımaq üçün əlavə səkkiz sərnişin qatarı hazırlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətinə istinadən kun.uz saytı məlumat yayıb. Özbəkistan rəsmiləri bu barədə açıqlama verilməsə də, yerli KİV bu addımın Rusiyanın Ukrayna ilə müharibəyə başlayacağından ehtiyatlanıb atıldığını deyir.
Məlumata görə, ilk qatar dekabrın 4-də yola çıxıb. Qalan qatarlar Voljski stansiyası (Volqoqrad vilayəti) - Daşkənd marşrutu üzrə dekabrın 6, 10, 13, 17, 20, 24, 27-də hərəkət edəcək.
Bu qatarlara biletlər yalnız bir istiqamətdə - Rusiyadan Özbəkistana satılır.
Sərnişinlərin rahatlığı üçün “Uzbekistan Temir Yullari” internet saytında elektron biletlərin satışına başlanılıb.
Biletləri Özbəkistandakı qohumları və ya tanışları da alıb elektron şəkildə onlara göndərə bilərlər.