Tümendən İrəvana uçan təyyarənin mühərriki partladı

 18:13 25.12.2021     323

Rusiyanın Tümen şəhərindən Ermənistanın paytaxtı İrəvana uçan təyyarənin mühərriki partladığı üçün reys təxirə salınıb.

Redaktor.az  xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

“Reys saat 07.20-də (yerli vaxtla - red.) Tümendən İrəvana uçmalı imiş. Uçuş zamanı təyyarənin mühərriki partlayıb. Reys təxirə salınıb. Axşama doğru təyyarənin uçacağı bildirilib”, - məlumatda bildirilib.

Təyyarə “Utair” aviaşirkətinə məxsus olub.

Hadisə ilə bağlı sosial şəbəkədə videoyazı yayılıb, orada təyyarənin sol qanadının altında partlayış görünür.

Vumart və Güvən reklamı Vumart Güvən