Nazir Türkiyədə "omikron"a yoluxanların artdığını açıqladı

 22:09 25.12.2021     141

Türkiyədə koronavirus (COVİD-19) xəstələrinin 10%-dən çoxu "omikron" ştamı ilə yoluxub.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca tviter səhifəsində bildirib.

"Bu vəziyyətdə vaksinin gücləndirici dozasının tətbiqinə ehtiyac daha da artır”, - F.Koca deyib.

Ölkədə "omikron" ştamına ilk yoluxma halı dekabrın 11-də qeydə alınıb.