Amerikalı hərbçi Baydeni təhqir etdi - VİDEO

 05:05 26.12.2021     133

ABŞ hərbçisi təbrik zamanı ölkə prezidenti Co Baydeni təhqir ediblər, lakin ABŞ prezidenti bunu hiss etməyib.

Redaktor.az  xəbər verir ki, hadisə Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığının üzvü ilə ənənəvi telefon danışıqları zamanı baş verib.

Söhbətin sonunda xəttin o biri ucundakı həmsöhbət ABŞ liderini tənqid edənlərin sevimli şüarından istifadə ilə Bayden və xanımını qarşıdan gələn bayram münasibətilə təbrik edib.

“Milad bayramınız mübarək və irəli, Brendon”, - o deyib və bundan sonra Ağ Ev rəhbərinin özü “ İrəli, Brendon” ifadəsini təkrarlayıb.

Bu şüar Alabamada oktyabr ayında keçirilən NASCAR yarışlarından sonra meydana gəlib. Qalib Brandon Broun NBC Sports müxbirinə müsahibə verərkən, izdiham onun arxasında şüarlar səsləndirib. Jurnalist güman edirdi ki, onlar iştirakçıya dəstək olaraq “İrəli, Brandon” qışqırırlar, amma əslində bu, “Rədd ol, Bayden” idi. O vaxtdan bu ifadə ABŞ prezidentinə ünvanlanan təhqirin senzura variantı kimi istifadə olunur.