Dünyanın müxtəlif ölkələrində Milad Bayramı qeyd edilir - FOTO

Bu gün katoliklər, protestantlar, bir çox pravoslav xristianlar və dünyanın digər xristian məzhəblərinin əksəriyyəti Milad bayramını qeyd edir, şənliklər keçirir.
Milad İsa peyğəmbərin doğulmasının qeyd edilməsi üçün, əsasən 25 dekabrda keçirilən, geniş mədəni ənənələri olan və bütün dünyada həm də qeyri-xristian olan milyonlarla insan tərəfindən qeyd edilir.
Müasir dövrdə Milad bir çox ölkələrdə ümummilli bayram səviyyəsində qeyd olunur.












