“Omicron”a yoluxma hava nəqliyyatının hərəkətini iflic etdi

 03:33 26.12.2021     126

Dünyanın hava nəqliyyatı şirkətləri Yenil il ərəfəsində təxminən 6 min uçuşu ləğv edib.

Redaktor.az  "CNN"-ə istinadən xəbər verir ki, buna səbəb hava nəqliyyatında çalışan şirkət əməkdaşları arasında koronavirusun yeni ştammı “Omikron”a yoluxmanın kəskin artmasıdır.

Pandemiyanın yeni aşkar edilən növünün sürətlə yayılması kadr çatışmazlığı ilə nəticələnib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı(ÜST) dünyanın 110-dan çox ölkəsində koronavirusun yeni ştamına müəyyən edildiyini bildirib.