Yunanıstanın keçmiş prezidenti vəfat etdi

 15:06 26.12.2021     291

Yunanıstanın keçmiş prezidenti Karolos Papulyas bazar günü 92 yaşında vəfat edib.

Redaktor.az  xəbər verir ki, bu barədə Afina Makedoniya İnformasiya Agentliyi məlumat yayıb.

Papulyas tanınmış yunan siyasətçisi, 2005-2015-ci illərdə ölkə prezidenti, Panhellenik Sosialist Hərəkatının (PASOK) partiyasının nümayəndəsi, xarici işlər naziri (1985-1989 və 1993-1996) olub.

Qeyd edək ki, o, 1929-cu il iyunun 4-də Yunanıstanın şimal-qərbindəki Yannina şəhərində anadan olub.

Vumart və Güvən reklamı Vumart Güvən