Yaponiyada 100-dən çox aviareys təxirə salındı - SƏBƏB

 15:21 26.12.2021     141

Yaponiyada güclü qar səbəbindən 100-dən çox aviareys təxirə salınıb.

Redaktor.az  xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Təxirə salınan 106 daxili reys hava şəraiti sabitləşəndən sonra yerinə yetiriləcək.

Hökumət sahil və qonşu prefekturaların sakinlərini lazımsız yerə evlərini tərk etməməyə çağırıb.

Belə ki, Niiqata əyalətinin mərkəzi prefekturasına təxminən 90 sm, Hokkaydo əyalətinin şimal prefekturasına 40 sm qalınlığında qar yağıb. Bir sıra rayonlarda da sürəti saniyədə 35 m-ə çatan güclü küləklər qeydə alınıb.

Pis hava şəraitinin dekabrın 28-ə qədər davam edəcəyi gözlənilir.