Hindistanda partlayış: 6 ölü, 6 yaralı

 15:35 26.12.2021     285

Hindistanın Bihar əyalətindəki əriştə fabrikində baş verən partlayış nəticəsində altı nəfər ölüb, daha altı nəfər yaralanıb.

Redaktor.az  "TASS"a istinadən xəbər verir ki,bu barədə NDTV kanalı yerli hakimiyyət nümayəndələrinə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, Müzəffərpur rayonunda yerləşən müəssisədə su qızdırıcı qazan partlayıb. Partlayış səsi zavoddan bir kilometr radiusda eşidilib.

Hazırda hadisə yerində xilasedicilər və polis işləyir.

Vumart və Güvən reklamı Vumart Güvən