“Taliban” qadınlarla bağlı daha bir qadağa qoydu

 16:33 26.12.2021     132

Əfqanıstanda qadınlar kişi qohumunun müşayiəti olmadan qısa məsafələr istisna olmaqla, təkbaşına səyahət edə bilməyəcəklər.

Redaktor.az  “Euronews Türkçe”yə istinadən xəbər verir ki, bu barədə Xeyirə Dəvət və Şərdən çəkinin nazirliyinin sözçüsü Sadik Akif Mühacir bildirib.

“72 kilometrdən çox yol qət edən qadınlar yaxın ailə üzvlərinin müşayiəti olmadan dheç yerə gedə bilməzlər”, - deyə, o qeyd edib.

Nazirlik açıqlamasında bütün nəqliyyat vasitələri sahiblərini yalnız hicablı qadınlara xidmət göstərməyə çağırıb.

Qeyd edək ki, nazirlik daha əvvəl Əfqanıstan televiziya kanallarından qadın aktyorların iştirak etdiyi serialların nümayişini dayandırmağı tələb etmişdi. İndi qadın televiziya müxbirlərini təqdimat zamanı hicab taxmağa çağırıb. Nazirliyin göstərişində də insanlardan avtomobillərində musiqi səsləndirməmək xahiş olunub.